Audio-video kommunikasiya texnologiyaları daim inkişaf edir. Səs, video, işıqlandırma, displey, video-divar və proyektor sistemlərinin tətbiqi demək olar ki, cəmiyyətin hər sahəsində – biznesdə, təhsildə, turizmdə, səhiyyədə, dövlət idarələrində, təhlükəsizlik və mühafizə sektorunda, pərakəndə ticarətdə, təlim və təbliğatda, idman, əyləncə və muzey tədbirlərində geniş istifadə olunur. Audio-video sistemlərinin tətbiqi müxtəlif konfranslarda (video-konfrans, zəng-konfransı, onlayn-konfrans, internet-konfrans), təqdimatlarda, auditoriyalarda, məruzə və dərs otaqlarında, nəzarət və idarəetmə mərkəzlərində, rəqəmsal lövhələrdə, virtual və elektron tədrisdə və s. sahələrdə geniş şəkildə görülə bilər.
Əgər interaktiv konfrans iştirakçılarının bir-biri ilə rahat ünsiyyət saxlamasını, onların aydın eşidilməsini və görüntülərin kəsintisiz yayımlanmasını təmin etmək istəyirsinizsə, META SOLUTIONS şirkətinin kompleks konfrans həllərindən istifadə edin. Yüksək ixtisaslı və universal bacarıqlara malik əməkdaşlarımız müasir alətlərdən istifadə edərək, ən mürəkkəb sxemləri və proqramları tərtib edərək, istənilən cihazları və sistemləri quraşdırıb işlərinizə rahatlıq gətirəcəklər. Peşəkar komandamız video, səs, təhlükəsizlik və məlumat mübadiləsi sahəsində ən qabaqcıl texnologiyalardan istifadə edərək sizin üçün ən əlverişli və hərtərəfli şərait yaradacaqdır.