preloader

İT avadanlıq və sistemlərin etibarlı işinin təməlində onların yüksək keyfiyyətli, kəsintisiz enerji ilə təchizatı dayanır. META SOLUTIONS müxtəlif sistemlər və hər cür güc sərfiyyatına uyğun həllər həyata keçirir və təklif edir. İstər sabit cərəyanla işləyən telekommunikasiya avadanlığı və ya elektrik yarımstansiyalarında istifadə edilən avtomatik qurğular olsun, istərsə də dəyişən cərəyandan qidalanan İT avadanlıq, server otağı, məlumat mərkəzi, inzibati bina, səyyar sistem, tibbi diaqnostika mərkəzi, idman-konsert müəssisələri, sənaye obyektləri və zavodlar – fərqi yoxdur, hər cür avadanlığı etibarlı şəkildə enerji ilə təmin edirik.

Dörd tanınmış UPS istehsalçısı olan Fransanın APC by Schneider Electric və Türkiyənin Artronic şirkətləri ilə tərəfdaşlıq, eləcə də Fransanın Schneider Electric şirkəti ilə yaxın əməkdaşlıq, istənilən mürəkkəblik səviyyəsində olan ən müasir tələblərə cavab verən layihələrin hazırlanıb həyata keçirilməsinə imkan verir. Mütəxəssislərimiz bu şirkətlərin ən yüksək səviyyəli servis treyninqlərini keçərək müvafiq sertifikatlar əldə etmişlər.

ÜNVAN

Ziya Bunyadov 1965