Sistem inteqrasiyası, müəssisənin iş proseslərinin avtomatlaşdırılması və mövcud və yeni informasiya sistemlərinin vahid informasiya məkanında birləşdirilməsi üçün mühüm bir kompleks həlldir.
META SOLUTIONS tərəfindən təqdim edilən əsas xidmətlərdən biri də sistem inteqrasiyasıdır. Bu sahədə çoxillik təcrübəyə malik olan şirkətimiz dövlət və özəl sektorda yüzlərlə inteqrasiya layihəsini həyata keçirmişdir. Sifarişçilərin tələb və ehtiyaclarına cavab verən optimal həlləri yaratmaq bacarığı META SOLUTIONS şirkətinin əsas üstünlüklərindəndir.
META SOLUTIONS sistem inteqrasiyası sahəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir:
– Maliyyə təşkilatları və banklar
– Telekommunikasiya
– Səhiyyə və tibb müəssisələri
– Tikinti sahəsi
– Sənaye obyektləri
– Ticarət və xidmət
– Hökumət və özəl şirkətlər
Bir sistem inteqratoru kimi META SOLUTIONS aşağıdakı xüsusiyyətlərlə fərqlənir:
– Öz məsləhətçiləri, analitikləri, sistem arxitektorları, mühəndis-texniki personalı və istehsal-texniki bazası ilə
– Müxtəlif istehsalçıların avadanlığını istifadə etməklə müxtəlif həcmli layihələrin həyata keçirilməsi sahəsində təcrübəsi ilə
– Həm avadanlığın yaradılması, həm də öz proqram təminatının işlənib hazırlanması sahəsində təcrübəsi ilə
– Mövcud tələbləri etibarlı şəkildə yerinə yetirməklə və proqnozlaşdırılan inkişafa imkan yaratmaqla, ayrılmış büdcə daxilində müştəri üçün ən optimal texniki həlli tapma bacarığı ilə
– Sifarişçiyə məsələnin həlli ilə bağlı bir neçə seçim təqdim etmə qabiliyyəti ilə
– Biznes prosesləri strukturlaşdırmaq, istənilən səviyyəyə və mürəkkəbliyə malik olan informasiya axınları ilə şirkətlər üçün informasiya sistemlərinin vahid konsepsiyasını işləyib hazırlamaqla
– Rabitə sisteminin yaradılması və istismarı prosesində bütün növ işləri yerinə yetirməklə, müxtəlif həcmli telekommunikasiya və informasiya sistemlərinin qurulmasında kompleks yanaşmanın tətbiqini təmin etməklə
– Telekommunikasiya sistemlərinin auditini keçirmək və gələcək inkişafla bağlı tövsiyələr verməklə
– Layihədən əvvəl müayinə və ekspert qiymətləndirməni keçirmək, sistemlə bağlı tələbləri müəyyən etməklə
– Peşəkar texniki tapşırığı hazırlamaq, layihələndirmə, avadanlıq və kommunikasiya vasitələrinin təchizatı, müxtəlif istehsalçılardan avadanlığın vahid sistem çərçivəsində inteqrasiyası, quraşdırma və işə salma proseslərinin yerinə yetirilməsi, sifarişçiyə sistemin açar təslimi əsasında verilməsi və sifarişçinin personalının öyrədilməsi ilə
– İxtisaslaşmış servis, zəmanət və zəmanətdən sonrakı xidmətin təmin olunması ilə