preloader

Strukturlaşdırılmış kabel şəbəkələri (SKŞ) hər müasir müəssisənin telekommunikasiya sisteminin təməlidir və lokal hesablama, telefon şəbəkələri, təhlükəsizlik və videomüşahidə sistemlərini əhatə edən universal məlumat ötürmə mühitidir. Strukturlaşdırılmış kabel şəbəkəsi – binanın və ya binalar qrupunun kabellərə, rozetkalara, mərtəbə, bina və binalar qrupu üçün paylaşdırıcılara malik olan kabel sistemidir. Bu şəbəkə, funksional təyinatına görə müxtəlif informasiya servislərini vahid məkanda birləşdirməyə imkan verən binanın mühəndis strukturu üçün universal bir sistemdir.

SKŞ-nin əsas təyinatı vahid kabel infrastrukturunun təşkilindən ibarətdir ki, bu da lokal hesablama şəbəkəsi, telefoniya, videomüşahidə, idarəetmə şəbəkələri, siqnalizasiya və digər məlumat ötürmə və emal sistemləri tərəfindən istifadə edilə bilər.

Adi kabel şəbəkələri ilə müqayisədə SKŞ-nin üstünlükləri:

– Verilənlərin, səsin və videosiqnalın ötürülməsi üçün vahid kabel sistemi istifadə olunur;
– Modul prinsipi əsasında qurulur və mövcud şəbəkənin tamamilə dəyişdirilməsinə ehtiyac olmadan yenilik və genişləndirmə imkanlarına malikdir;
– Məlumat ötürmə texnologiyaları və aktiv avadanlığın növlərindəki dəyişikliklərdən asılı deyil;
– Standart komponentlər və materiallardan istifadə edir;
– Ən az sayda xidmət personalı tərəfindən idarə edilə bilər;
– Bir şəbəkədə həm optik-lif, həm də mis kabelin birgə istifadəsi mümkündür;
– İnvestisiyaların saxlanması şərti ilə genişləndirmə imkanları təqdim edir.

ÜNVAN

Ziya Bunyadov 1965