Müasir təhlükəsizlik sistemlərindən biri də girişin idarəetmə və nəzarət sistemidir. Bu sistemin əsas məqsədi kənar şəxslərin otaqlara və ya mühafizə olunan zonalara icazəsiz daxil olmasının qarşısını almaqdır. META SOLUTIONS bu sahədə böyük təcrübəyə malikdir və insanların, binaların, sahələrin və müxtəlif tikililərin təhlükəsizliyini təmin edəcək kompleks nəzarət buraxılış həlləri təqdim edir. Şirkətin təklif etdiyi sistemlərə sadə elektron açarlardan xüsusi mühafizəyə ehtiyacı olan məlumat mərkəzinin server bazasına tətbiq edilən çətin mexanizmli blok açarlar daxildir.
Həllərin bəzilərinin siyahısı:
– Biometrik texnologiyalar: İnsanların barmaq izi vasitəsilə tanınması və müvafiq əraziyə və ya tikiliyə daxil olmasına icazə verilməsi;
– Üstün səviyyəli təhlükəsizlik: Giriş məhdudiyyəti olan sahələrin qorunması. İstənilən miqyaslı müəssisələr üçün nəzarət buraxılış sistemləri;
– Video yoxlama: Vizual tanıma və video təhlil vasitəsilə yalnız xüsusi icazəsi olan əməkdaşların xüsusi qoruma altında olan sahələrə daxil olması;
– Mobil buraxılış: Smartfon, planşet kimi mobil cihazlar vasitəsilə müvafiq sahəyə daxil olma imkanı.
Bu sistemləri tətbiq etməklə, istənilən müəssisə və təşkilat öz ərazisində və binalarında keçid-buraxılış prosesinə asanlıqla nəzarət edə bilər. Bu, yaranmış boşluqları aşkar edərək güclü təhlükəsizlik şəraiti qurmağa imkan verir. İnteqrasiya edilmiş məlumatlandırma sistemi buraxılış-nəzarət qaydalarının pozulmasına yol açan xətaların qarşısını almaq üçün təhlükəsizlik əməkdaşlarına geniş imkanlar və şərait yaradır. Kənar şəxslərin icazəsiz girişi, kənar müdaxilə cəhdləri və ya yanlış istifadəçi adı ilə daxil olma təşəbbüsləri kimi pozuntular aşkar edildikdə, intellektual sistem real vaxt rejimində ani bildirişlər göndərir. Bundan əlavə, bu həlləri tətbiq etməklə hər bir qapalı məkan, sahə və ərazi üzrə icazəli buraxılış və daxil olmalar haqqında geniş və ətraflı məlumat əldə edə bilərsiniz.
Video müşahidə sistemi
Video müşahidə sistemi təhlükəsizliyin təmin edilməsi üçün ən əsas və effektiv vasitələrdən biridir. Hazırda təhlükəsizlik sistemlərini fasiləsiz video müşahidəsiz təsəvvür etmək mümkün deyil. Video müşahidə sistemləri mühafizə olunan sahələrə günün istənilən vaxtı fasiləsiz nəzarət, nəzarət olunan zonalarda hərəkətin aşkar edilməsi, məlumatın hadisə üzrə yığılması, qeydə alınan məlumatın avtomatik şəkildə müəyyən edilməsi və arxivlə müqayisə edilməsi kimi məsələləri həll edir.
META SOLUTIONS şirkətinin VMS üzrə mütəxəssisləri sifarişçinin biznes fəaliyyətini təhlil edərək və funksionallığını nəzərə alaraq, tələbatlarını ödəyəcək ən uyğun vasitələri seçir, müxtəlif mürəkkəblikdə layihələndirmə, quraşdırılma və servis işlərini həyata keçirir. Video müşahidə sistemlərinin tərkib elementləri kimi ən müasir kameralar, monitorinq sistemləri və proqram təminatı istifadə olunur.
Şirkət miqyası genişlənə və kiçilə bilən, həmçinin keyfiyyətli təsvirlərin əldə edilməsi üçün aşağı-zolaqlı keçid imkanları ilə yüksək dəqiqliyi olan CCTV kameraları ilə təchiz edilmiş intellektual müşahidə həlləri təqdim edir.
META SOLUTIONS bütün adıçəkilən xidmətləri etibarlı kommunikasiya şəbəkəsi əsasında fibro-optik və LAN naqilləri ilə yanaşı, simsiz rabitə və digər müasir texnologiyalar üzərindən, uzaqdan nəzarət və video görüntülərin yazılışını, həmçinin bulud həllər daxil olmaqla, müvafiq tələblər və mövcud infrastrukturun vəziyyətinə uyğun olaraq təklif edir.